"Hər gecə oğlum yuxuma gəlir. Niyə belə rahatam? Çünki o mənimlədir. Gəlir və danışırıq. Biz ayrılmamışıq ki...".
Axin.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "Tolik ilə səmimi"də deyib. O, Tarix Əliyevin "Xəstəxananın pəncərəsinə qonan bir ayaqlı göyərçin videosu paylaşdın" sözlərinə belə reaksiya verib:
"Həmin quş son gündə gəlmişdi. Elə bildim ki, yaxşı xəbər gətirib. Sevinc xəbərinə hazırlaşırdım. Ağ göyərçin adama xoş xəbər gətirən simvoldur.
Sonra İnstaqramım oğurlandı və oğlumla olan bütün paylaşımlar silindi. Amma əsas şəkil deyil. Əsas insanın daxilindəkidir. Əsas qəlbindən silinməsin, ömürboyu da silinməz".