Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.
Bu barədə dövlət başçısı “Twitter”də bildirib.
“Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik”, - deyə o, sosial şəbəkədə yazıb. Qeyd edək ki, Ukrayna Prezidentinin səfərinin proqramı hələlik bəlli olmasa da, Zelenskinin Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi gözlənilir.