Aprelin 22-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüş olacaq.
Axin.az TASS-a istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Dövlət başçıları iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda görüşdə Rusiya-Belarus İttifaqı dövlətinə dair məsələlərin nəzərdən keçiriləcəyi gözlənilir.