Bu sözləri qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş “sədri” Samvel Babayan deyib
“Hamı sual verir ki, necə oldu, Şuşanı təhvil verdik? Əgər səmimi olsanız, özünüz-özünüzə düzünü desəniz, anlayarsınız ki, 1992-ci ildə biz Şuşanı necə almışdıqsa, düşmən də elə geri aldı”.
Qazet.az xəbər verir ki, bu sözləri qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş “sədri” Samvel Babayan deyib.
“Mən Şuşanı azad etmək üçün əməliyyat hazırlamışdım, lakin hərbi qüvvələr bundan imtina etdilər. Hansısa komandirin gəlib-getdiyini deyənlər yalan danışırlar. Cəlal Arutyunyan heç kimi Baş qərargaha buraxmadı, komandir o idi. Ermənistandan bizə hər hansı əmr gəlmədi. Hər şeyi Cəlal idarə edirdi”, - Babayan bildirib.