Rusiya Prezidenti Vladimir Putin Oleq Savelyevi Rusiya Müdafiə nazirinin müavini - Müdafiə nazirinin Qərargah rəisi təyin edib.
Axın.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Savelyev əvvəllər Rusiya Hesablama Palatasının auditoru vəzifəsində çalışıb.
Putinin sərəncamı ilə general-polkovnik Yuri Sadovenko isə müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
Oleq Savelyev 58 yaşındadır. 2008-2014-cü illərdə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini, daha sonra Krım məsələləri üzrə nazir olub.