Qondarma rejimin “rəsmisi” təxribat xarakterli açıqlama verib
Qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" yerli jurnalistlərin Xocavəndin Qırmızı bazar qəsəbəsi ilə bağlı suallarına cavab verib.
Axin.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Heç kim Qırmızı bazarın statusunu dəyişdirməyib. Qırmızı bazar Ermənistandır, Qarabağın Martuni (Xocavənd - red.) bölgəsi ərazisindədir, bu səbəbdən statusunu dəyişdirmək, Azərbaycana təhvil vermək məsələsi yoxdur. Bu hər kəsə aydın olsun”, - Babayan bildirib.