Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.
Axin.az "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, H.Hüseynova 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisə deputat seçilib.