Qırğızıstanda koronavirus infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb.
“axin.az” xəbər verir ki, bu barədə “RİA Novosti”yə ölkənin COVID-19-la Mübarizə üzrə Qərargahından bildirilib.
Qırğızıstanda COVID-19-a yoluxma hallarının ümumi sayı 2 285 təşkil edir. Virusa yoluxanlar arasında 438 tibb işçisi də var.
Ölkədə yeni virusa yoluxmuş 27 nəfər ölüb, 1 791 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.