Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Monteneqroya səfəri çərçivəsində paytaxt Podqoritsada həmkarı Srdcan Darmanoviçlə birgə keçirdiyi mətbuat konfransında Suriyadakı vəziyyətlə bağlı sualı da cavablandırıb.
“Axin.az” “Anadolu”ya istinadən xəbər verir ki, o, məsələylə bağlı rəsmi Moskva və Tehrana çağırış edib.
“Suriyada rejimin arxasında duran Rusiya və İran onun aqressiyasının qarşısını almalıdır”, - deyə XİN başçısı vurğulayıb.
Xatırladaq ki, Suriyada Bəşər Əsədə sadiq qüvvələrin fevralın 10-da hücumu nəticəsində İdlibdə Türkiyənin 5 əsgəri şəhid olub, 5-i isə yaralanıb. Bu gün isə günorta saatlarında müxaliflər Bəşər Əsəd ordusuna aid helikopteri vurub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə əməliyyatların davam etdiriləcəyini bildirib.