Avropa Şurası Parlament Assambleyasının binasında işıqlar sönüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Erkin Qədirli feysbukda məlumat verib. O bildirib ki, bu gün Bakı vaxtilə saat 11:30-da AŞPA-nın Hüquq Komitəsinin ilk videokonfransı olmalı idi: “Çıxış etməyi düşünürdüm. Bildiriş göndərdilər ki, AŞPA binasında elektriklə bağlı problem yaranıb və işıq sönüb. İclas başqa gün olacaq”.
Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.