Bu gün 24 saylı Nizami birinci seçki dairəsindən bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə deputatlığa namizədliyi irəli sürülmüş Nurullayeva Könül Oruc qızının aktiv seçki kampaniyasının aparılması ilə əlaqədar olaraq seçki qərargahının yaradılması və təşkilati işlərlə bağlı iclas keçirilib.
“Axin” xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, ağsaqqallar, veteranlar, şəhid ailələri, Nizami rayon sakinləri, ziyalılar və digər şəxslər iştirak ediblər.
Tədbirdə 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Nurullayeva qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Daha sonra çıxış edən seçki qərargahının rəhbəri Sabit Mahmudov əvvəlcə Könül Nurullayevaya uğurlar arzulayıb. O qeyd edib ki, K.Nurullayevanın aktiv seçki kampaniyası uğurla həyata keçirilir. Belə ki, K.Nurullayevanın imzatoplama kampaniyası çərçivəsində könüllülər ona böyük dəstək göstəriblər. Onların dəstəyi ilə lazım olan imzalar 24 saylı Nizami birinci seçki dairəsindən toplanaraq dairə seçki komissiyasına təqdim edilib. S.Mahmudov bildirib ki, seçki qərargahının yaradılmasında əsas məqsəd qanunvericiliyə uyğun olaraq yanvarın 17-dən etibarən aktiv seçki və təbliğat-təşviqat kampaniyasının aparılmasıdır.