Yaponiyada 2020-ci ilin rəmzi olan heroqlif seçildi

Maraqlı
21 Ara 2020
13:39
Yaponiyada 2020-ci ilin rəmzi olan heroqlif seçildi

Yaponiyada, ənənəvi olaraq bitən ilin simvolu olan heroqlif seçilib. Bu 2020-ci ildə “sıx”, “dar” mənasını verən “Mitsu” simvolu oldu.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə zamanı məmurlar tərəfindən “üç Mitsu” (“sanmitu” və ya “Mitsu-no Mitsu”) ifadəsi çox işlənib. Bir çox şəhərlərdə isə “üç mitsu” təsviri olan bannerlər asılıb.

Seçim koronavirus pandemiyası üçün üç tövsiyə - insanların sıx toplaşdığı yerlərdən, dar məkanlardan və insanlar arasında sıx görüşmələrdən çəkinmə ilə əlaqədar edilib.
//baku.tv/az/dunyaa/30159/
Qeyd edək ki, heroqlif ənənəvi olaraq Kyotodakı “Kiyomizu-dera” Buddist məbədinin xadimi tərəfindən böyük fırça və mürəkkəblə kağız kətan üzərində çəkilib.

Ötən ilin simvolları olan heroqriflər Yaponiyada 1995-ci ildən bəri seçilir.

Belə bir ənənə Çində də mövcuddur.