axin.az

SON DƏQİQƏ

Prezident: “Azğınlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü” - VİDEO

27-09-2021, 13:09



“Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi”.

Axın.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev bu gün Anım Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib.

“Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”, - dövlət başçısı bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA