2021-ci ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi məlum olub.
AXİN.AZ Bakı şəhəri Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 faiz artaraq 5366,7 milyon manat olub.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2749,7 milyon manat olub.
Qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq 2617,0 milyon manat təşkil edib.
İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.