Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 41,287 min ton həcmində azot gübrəsi ixrac edib.
axin.az-in Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 5,901 mln. ABŞ dolları təşkil edib.
Azot gübrəsininin üç ayda qeyri-neft sektoru üzrə ixracda payı 1,38% olub.
Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.
İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur.