Avqustun 18-19-da İspaniyanın Melilya şəhərində 12 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, Melilya mərhələsində iştirak edəcək Azərbaycan qadın millisi C qrupunda İspaniya yığması və “Yuanda” (Çin) klubu ilə qarşılaşacaq. “Neftçi” isə B qrupunda “Düsseldorf Zoos” (Almaniya) klubu və Portuqaliya millisi ilə mübarizə aparacaq.
Qadın millimizin qrupdakı ilk oyununu avqustun 18-də Bakı vaxtı ilə saat 20:20-də İspaniya millisinə qarşı, “Neftçi” klubu isə qrupda ilk görüşünü həmin gün Bakı vaxtı ilə saat 19:55-də Portuqaliya seçməsinə qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Axın.az