Türkiyə Super Liqasında I turun daha iki oyunu keçirilib.
Son çempion “Qalatasaray” mövsümə xal itkisi ilə başlayıb. “Kayserispor”un qonağı olan İstanbul təmsilçisi qolsuz heç-heçəyə razılaşıb.
Günün digər oyununda “Pendikspor” və “Hatayspor” üz-üzə gəliblər. Birincilərin meydanında keçirilən qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb. Türkiyədəki dəhşətli zəlzələlərin sonra ötən mövsümü başa vurmayan “Hatayspor”un qayıdışı möhtəşəm olub - 5:1.
Türkiyə Super Liqası:
I tur
“Kayserispor” – “Qalatasaray” - 0:0
“Pendikspor” – “Hatayspor” - 1:5
Qollar: Türam, 90+3 - Strandberq, 3, G.Sağlam, 23, B.Yıldırım, 46, Dele-Başiru, 57, 85
Axın.az