Madrid” Kurtuaya əvəzləyicini “Çelsi”də tapdı
İspaniyanın “Real Madrid” klubu zədəli qapıçısı Tibo Kurtuaya əvəzləyici tapıb.
Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, La Liqa təmsilçisi İngiltərə “Çelsi”sinin qolkiperi Kepa Arrisabalaqanı icarəyə götürməyə hazırlaşır. İspaniyalı “çərçivə qoruyucusu” Almaniyanın “Bavariya” klubu ilə danışıqlara baxmayaraq, “Real Madrid”ə keçmək qərarına gəlib. “Kral klubu” “Çelsi” ilə anlaşmağa yaxındır.