Madrid "Real"ının ulduzu Qaret Beyl yenidən karyerasını Premyer Liqada davam etdirə bilər.
Axin.az Britaniya mediasına istinadla xəbər verir ki, "Çelsi" klubu futbolçunun transferi ilə yaxından maraqlanır. CAS tərəfindən ötən ayın əvvəlində üzərinə qoyulan transfer qadağası ləğv edilən "zadəganlar" uelsli futbolçu ilə güclənmək niyyətindədir. Belə ki, komandanın baş məşqçisi Frenk Lempard bu yaxınlarda təşkil olunan mətbuat konfranslarından birində cinah üçün sürətli oyunçuya ehtiyac duyduqlarını bildirib. Eden Hazardın gedişinin onları çətin vəziyyətə saldığını bildirən gənc mütəxəssisin onun yoxluğunu Qaret Beyllə doldurmaq niyyətində olduğu iddia edilir.
"Çelsi" bu transfer üçün qarşı tərəfə 51 milyon avro təklif edib. "Real"ın da bu keçidə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, 30 yaşlı Beyl 2013-cü ildə "Tottenhem"dən "Real"a transfer edilib.