“İnter”in yetirməsi Azərbaycan klubu ilə müqavilə imzalamaq üçün Bakıya gəldi
İdman
31-07-2023, 11:23
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi son olaraq Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda çıxış edən Pyerr Zebli ilə anlaşıb.
25 yaşlı dayaq yarımmüdafiəçisi artıq Bakıdadır. Yaxın zamanda keçid açıqlanacaq. Tərəflərin ikiillik müqavilə imzalayacağı gözlənilir. Pyerr Zebli İtaliyanın “İnter” klubunun yetirməsidir. O, “nerazzuri”nin əsas komandasında çıxış etməyib. Kot-d'İvuar U-20 yığmasında forma geyinmiş yarımmüdafiəçi İtaliyada “Peruca”, “Askoli”, “Kattolik”, Belçikada “Genk”, Bolqarıstanda isə “Tsarsko” və “Lokomotiv”in uğurları üçün çalışıb.