Türkiyənin “Menemenspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, 1-ci liqa təmsilçisi “Liverpul”un yetirməsi Toni Korreyranı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.
“Liverpul”un yetirməsi olan Toninin son klubu Misir “Qaiş”i olub.