Rusiya “Lokomotiv”inin yetirməsi İnnokenti Samoxvalov dünyasını dəyişib.
Axin.az xəbər verir ki, bu barədə Moskva klubunun saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi bu gün fərdi məşq zamanı ölüb. Onun ölümünün təfərrüatları araşdırılır.
Qeyd edək ki, İnnokenti Samoxvalov bu mövsümün əvvəlindən "Lokomotiv"in farm-klubu olan "Kazanka"da çıxış edirdi.