İran əsilli biznesmen İngiltərə klubunu satışa çıxarıb
İdman
25-01-2023, 12:01
İran əsilli britaniyalı iş adamı Farhad Moşiri İngiltərənin “Everton” klubunu satışa çıxarıb.
O, 565 milyon funt sterlinqdən yuxarı məbləğdə olacaq istənilən təklifi nəzərdən keçirməyə hazır olduğunu bildirib.
İngiltərə mətbuatı yazır ki, artıq bir neçə potensial alıcı “Everton”a sahib çıxmağa maraq göstərir.
Qeyd edək ki, “Everton” cari mövsümü uğursuz keçirir. İki gün əvvəl “Everton”un baş məşqçisi Frenk Lempard istefaya göndərilib. Klub Premyer Liqada 20 matçdan sonra 15 xalla 19-cu pillədə qərarlaşıb.