Türkiyə millisinin hücumçusu Cenk Tosun klubunu dəyişir.
Axin.az xəbər verir ki, bu haqda “NTV Spor”un saytı məlumat yayıb. “Everton”a məxsus olan 28 yaşlı futbolçu bu gün başqa bir Premyer Liqa təmsilçisi “Kristal Pelas”da tibbi baxışdan keçir.
Baxış zamanı problem çıxmasa, Cenk mövsümün sonuna qədər icarə qaydasında həmin komandada oynayacaq.
Xatırladaq ki, bu mövsüm “Everton”da 8 matça çıxan Tosun 1 qol vurub.