Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu İngiltərənin “Mançester Yunayted” klubu ilə rəsmi müqavilə imzalayıb.
Bu barədə məlumat “Qırmızı şeytanlar”ın rəsmi saytında dərc edilib.
36 yaşlı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu İtaliyanın “Yuventus” klubu olan Kriştianu Ronaldu 2003-2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.