“Yuventus” ulduz futbolçusu Kriştianu Ronaldu komandanın bugünkü məşqini yarımçıq saxlamalı olub.
Bu barədə məlumatı idman jurnalisti Romeo Aqresti öz “Twitter” səhifəsində dərc edib.
Qeyd olunur ki, 36 yaşlı hücumçunun sağ əlində problem yaranıb.
Xatırladaq ki, daha əvvəl futbolçunun karyerasını başqa klubda davam etdirmək üçün müxtəlif bəhanələr axtardığı barədə söz-söhbətlər gəzirdi.
Son məlumata əsasən, futbolçu “Mançester Siti”yə mümkün transferini İtaliya klubundakı həmkarları ilə müzakirə edib.