Rusiya millisi 1996-cı ildən bəri ilk dəfə Olimpiadada bədii gimnastikada qızıl qazana bilməyib.
Bu bərədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, Dina Averina Tokio Oyunlarında bədii gimnastika üzrə fərdi çoxnövçülük yarışı üzrə Olimpiya turnirinin gümüş mükafatçısı olub. O, dörd növ çoxnövçülük yarışında 107.650 bal toplayıb.
Olimpiya çempionu adını isə 107.800 xalla israilli Linoy Aşram qazanıb.