Bədii gimnastlardan 3 medal

İdman / Maraqlı
3 Mayıs 2021
22:40


30 aprel-2 may tarixlərində Polşanın paytaxtı Varşava şəhərində bədii gimnastika üzrə "İrina Cup” beynəlxalq turnir keçirilib.

AXİN.AZ xəbər verir ki, bu yarışda ölkəmizi Kamilla Seyidzadə, Alina Məmmədova, Məryəm Əliyeva, Gövhər İbrahimova, Aydan Rəhimova və Şəms Ağahüseynova təmsil edib.

Gimnastlarımız bu yarışdan vətənə 1 gümüş və 2 bürünc medalla geri dönüblər.

Gənclər arasında yarışan Kamilla lentlə final çıxışına görə gümüş medala layiq görülüb. 2009-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən Gövhər çoxnövçülükdə bürünc medal qazanıb. Şəms isə 2010-cu il təvəllüdlülər arasında çoxnövçülük yarışlarında 3-cü olub.

2009-cu il təvəllüdlülər arasında yarışan Məryəm medalın bir addımlığında dayanaraq, çoxnövçülükdə 4-cü olub. Onunla eyni yaş qrupunda mübarizə aparan Aydan isə həmin proqram üzrə 7-ci olub. Gənclər arasında iştirak etmiş daha bir gimnastımız Alina isə ən yaxşı nəticəni top və gürzlərlə göstərərək, hər iki çıxış proqramı üzrə finalda 6-cı olub.
11.05.2021
20:00
"Real" Mendini itirdi