Potuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştianu Ronaldu klubla cari müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
“La Gazzetta dello Sport” yazır ki, bir neçə gün öncə futbolçunun agenti Jorje Mendeş “Yuve”nin rəhbərliyilə əlaqə saxlayıb və Ronaldunun təklifini onlara çatdırıb.
Qeyd olunub ki, hazırda tərəflər arasındakı müqavilə 2022-ci ilin yayına qədər qüvvədədir. Ronaldu sənədin müddətini daha bir il uzatmaq istəyir.