“Qalatasaray” türk əsilli almaniyalı gənc futbolçu üçün yarışa girdi

İdman
9 May 2021
15:41


“Qalatasaray” türk əsilli almaniyalı futbolçu Eren Sami Dinkci uğrunda “Norviç” və “Ştutqart”la yarışa girib.

Bu barədə “Haber Global” məlumat yayıb.

19 yaşlı futbolçu “Verder” klubundan bu yay ayrıla bilər. “Qalatasaray”ın da transfer siyahısında olan Eren Sami Dinkci üçün hazırda ən real namizədin “Norviç” olduğu qeyd olunsa da, İstanbul nəhəngi və “Ştutqart” klubu futbolçunu transfer etməyə çalışacaq.