PSJ-nin zədəli futbolçuları Marko Veratti və Leven Kurzavanın durumuna aydınlıq gəlib.
AXİN.AZ xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Verattinin diz bağında zədə aşkarlanıb. 29 yaşlı yarımmüdafiəçi 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Kurzavanın isə ayaq biləyi zədələnib. 29 yaşlı müdafiəçi 1 ay komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Veratti bu mövsüm Liqa 1-də 21 matçda 2 qolun ötümrəsini verib. Kurzava isə 19 matçda 1 qol vurub və 2 qolun ötümrəsini verib.