Boks fanatlarının nəzərinə: Dünya çempionatının vaxtı bilindi

İdman
11 Mayıs 2021
19:10


Bu il keçiriləcək boks üzrə dünya çempionatının tarixi dəqiqləşib.

AXİN.AZ xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı 26 oktyabr - 6 noyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub.