Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağı qarşısına məqsəd qoyan "Çelsi"nin növbəti hədəfi Erlinq Haalandı transfer etməkdir.
AXİN.AZ "Daily Star"a istinadla xəbər verir ki, klubun sahibi Roman Abramoviç baş məşqçi Tomas Tuxelin işindən kifayət qədər razıdır və yaydakı transfer çalışmalarında ona kifayət qədər sərbəstlik verəcək. Tuxel isə vaxtilə çalışdırdığı komandanın - Dortmund "Borussiya"sının uğurları üçün tər tökən Haalandı sərəncamında görmək istəyir.
Norveçli ulduzu İngiltərəyə gətirmək üçünsə "Borussiya"ya azı 110 milyon avro ödəmək lazımdır. Artıq "Çelsi" bununla bağlı plan cızıb.
Tuxelin istəmədiyi, belə deyək, komandaya fayda verməyən futbolçular satılmalıdır! Onların sayı isə 12 nəfərdir.