Bu gün şahmat üzrə onlayn Millətlər Kubokunda VII tura start verilib.
"Axin.az"in məlumatına görə, Teymur Rəcəbovun yer aldığı dünya yığması günün ilk qarşılaşmasında Hindistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma dünya yığmasının məğlubiyyəti ilə yekunlaşıb.
Azərbaycanlı qrossmeyster artıq öz görüşünü başa vurub. O, Hindistan komandasının lideri Vişvanatan Anandla qarşılaşıb. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibinə uduzub - 0:1.
Rəcəbov turnirdə daha əvvəl keçirdiyi 6 görüşdə 4 heç-heçə edib, 2 dəfə isə məğlub olub.
Hindistan - Dünya yığması
Vişvanatan Anand - Teymur Rəcəbov - 1:0
Santoş Vidit - Alireza Firuzca
Pentala Harikrişna - Xorxe Kori - 1:0
Harika Dronavali - Mariya Muzıçuk - 0,5:0,5
Qeyd edək ki, dünya yığması günün ikinci qarşılaşmasında ABŞ kollektivi ilə üz-üzə gələcək.