Moskva şəhərinin mərkəzində yerləşən “Jiquli” adlanan barın qarşısında başlanan mübahisə tərəflərdən birinin vəhşicəsinə döyülməsi ilə bitib.
REN TV məlumat verir ki, Viktor Polyakov adlı şəxs bir neçə şəxsin gözü qarşısında vəhşicəsinə döyülüb.
Kənarda dayanan şəxslər hadisənin qarşısını almaqda maraqlı olmayıblar.
Həkimlər fiziki təzyiqə məruz qalan şəxsin üzündə və bədənində xəsarət izləri qeydə alıblar.