Qara dəliklər kosmosdakı ən qəribə və ən maraqlı obyektlərdən biridir. Onlar son dərəcə sıxdırlar, o qədər güclü cazibə qüvvəsinə malikdirlər ki, hətta işıq onların əlindən qaça bilməz.
Süd Yolunda 100 milyondan çox qara dəlik ola bilər, baxmayaraq ki, bu acgöz heyvanları aşkar etmək çox çətindir. Süd Yolunun mərkəzində superkütləvi qara dəlik - Oxatan A* yerləşir. NASA-nın verdiyi açıqlamaya görə, nəhəng quruluş Günəşin kütləsindən təxminən 4 milyon dəfə böyükdür və Yerdən təxminən 26.000 işıq ili uzaqda yerləşir.
Qara dəliyin ilk şəkli 2019-cu ildə Event Horizon Telescope (EHT) əməkdaşlığı tərəfindən çəkilib. M87 qalaktikasının mərkəzində Yerdən 55 milyon işıq ili uzaqlıqda yerləşən qara dəliyin təəccüblü fotosu bütün dünya alimlərini həyəcanlandırıb.
Vəfa Alcanova,
Axın.az