"Moskva" univermağının sahibi Elmira Mədətova dünyasını dəyişib.
Axin.az BakuPost-a istinadən xəbər verir ki, xanım iş adamı 74 yaşında vəfat edib.
Elmira Mədətovanın Bakıda bir neçə iri ticarət obyekti var. Bu obyektlərin arasında "Nəsimi bazarı"nın da adı çəkilir.Elmira Mədətovanın əsli Bakının Maştağa kəndindədir. Həyat yoldaşı da zəngin biznesmenlərdəndir.