Türkiyənin Antalya şəhərinin Akseki rayonunda qəbiristanlığı ziyarət etmək üçün evdən çıxan 82 yaşlı qadına çoban itləri hücum edib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə səhər saatlarında Karakışla məhəlləsində baş verib.
Əldə edilən məlumata görə, qəbiristanlığa qohumlarının məzarını ziyarət etməyə gedən Havva Özen R.D. adlı şəxsə məxsus çoban itlərinin hücumuna məruz qalıb.