Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 18 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 54 avtomobil, BQXK-ya məxsus isə səkkiz avtomobil maneəsiz keçid edib.
14:06
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Axın.Az aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 4 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.
Beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində dərman preparatları olub.
Eyni zamanda Rusiya sülhməramlılarına məxsus daha 1 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Belə ki, həmin yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 36 avtomobil, BQXK-ya məxsus isə səkkiz avtomobil maneəsiz keçid edib.
https://youtu.be/yh_3MxS2KiY