Şabran rayonunda ağır yol qəzası baş verib.
Axin.az Publika.az-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi magistralının Şabrandan keçən hissəsində "VAZ 2106" markalı minik avtomobili rayonun Ağalıq kənd sakini, 1942-ci il təvəllüdlü Musayeva Səkinə Hilal qızını vurub.
Ağır xəsarət alan 78 yaşlı qadın vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.