Filippin Hərbi Qüvvələrinin təyyarəsinin ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda qəzaya uğraması nəticəsində ən azı 17 nəfər həlak olub. Məlumata görə, 40 nəfər xilas edilib.
Xilasedicilər hadisə yerinə cəlb olunub.
09:40
Filippində göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb.
Bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.