Mülki şəxs minaya düşdü

Hadisə
12 Mayıs 2021
17:01


Gədəbəy rayon sakini minaya düşüb.

AXİN.AZ-ın məlumatına görə, rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.

Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.