Mülki şəxs minaya düşdü

Hadisə / Cəmiyyət
12 Mayıs 2021
16:16



Gədəbəy rayon sakini minaya düşüb.

Axın.az-ın məlumatına görə, rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.
Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

İlhamə Əbülfət