“İnsanlar normal həyat sürməyə başladıqda siyasi məsələləri həll etmək çox asandır”.
AXİN.AZ xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına dair sualı cavablandırarkən bildirib.
“Azərbaycanlılarla ermənilər onilliklər və əsrlər boyunca olduğu kimi yenidən bir-biri ilə normal yaşamağa başladığı zaman siyasi məsələləri həll etmək çox daha asandır. Noyabrın 9-da başlayan sülh prosesi müharibəni dayandırmaq və sülhməramlı bir əməliyyata keçmək, bölgədəki bütün iqtisadi əlaqələri, nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmaq üçün hərəkət etməkdir və bu proses demək olar ki, yarım ildir davam edir. Bu səbəbdən sülh prosesinə keçid haqqında danışmaq bir az reallığı təhrif etməkdir”, - deyə rusiyalı nazir deyib.