“Yaxşı ki, bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar”.APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov meksikalı həmkarı ilə danışıqlarının yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.Bolqarıstanın rəsmi Moskvanı 2011-2020-ci illər ərzində ölkənin silah zavodlarında baş verən partlayışlarda ittihamlarına Rusiya XİN başçısı belə cavab verib: “Yaxşı ki, hələ bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar”.S. Lavrov qeyd edib ki, Avropa İttifaqı silah anbarlarının özəl sahibkarlarla nə əlaqəsinin olmasını araşdırmalıdır.Qeyd edək ki, Bolqarıstan Prokurorluğu altı rusiyalını 2011-2020-ci illərdə ölkənin bolqar silah ticarətçisi Emilyan Qebrevə məxsus dörd silah zavodunda partlayışlar törətməkdə şübhəli bilib.