"Fatiməni çox istəyirəm, münasibətim də yaxşıdır. Başa düşmədim, niyə dediyim məsələyə o, aydınlıq gətirdi. Bunun sənə nə aiddiyyatı var? Sənin yolun başqadır. Sən müğənni deyilsən. Rusiyada olan müğənnilərə şamil etmişəm. Ayda bir dəfə Rusiyaya gəlirsən".
AXİN.AZ.AZ xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova rəqqasə Fatimə Fətəliyevanın ünvanına deyib. İfaçı "Rusiyaya toya gəlirsizsə, məclisdən sonra evinizə gedin. Gedib kişilərlə başqa yerdə oturmayın" sözlərinə reaksiya verən Fatiməni tənqid edib:
"Fatimə, hara çıxırsız məndən danışırsız. Deyirsən, Rəqsanə özü də dediyinə peşman olub. Niyə peşman olmuşam? Ağzımdan çıxan sözün sahibiyəm, düz də danışmışam. Sən müğənnisən? Rəqqasəsən... Susuram cavab vermirəm".
Qeyd edək ki, Fatimə Rəqsanəyə "Düşünürlər ki, bu aləmdə olan insanları ailəyə dəvət etmək olmaz. Sabah bizi Moskavaya dəvət edəndə "salam" verməyə utanacam. Səbəb isə hamımız haqqında düzgün yolun adamı deyilik düşüncəsi olacaq. Belə demək olmaz. Sözün kimədirsə, hərəkətindən xoşun gəlmirsə, özünə zəng edib de" sözlərini deyib./Axşam.az