Mehriban Əliyeva Cəbrayıl və Zəngilandan görüntülər paylaşdı - VİDEO+FOTO
Hadisə / Cəmiyyət
27-04-2021, 21:25
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə işğaldan azad edilən Cəbrayıl və Zəngilan rayonuna səfəri ilə bağlı foto paylaşıb.
AXİN.AZ xəbər verir ki, Mehriban Əliyeva yazıb:
“Əziz həmvətənlər, İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq.
Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram. Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".