Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbv

Araşdırma / Hadisə
11 Nis 2021
19:01


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Day.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.
11.05.2021
20:00
"Real" Mendini itirdi