Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri Zakir İbrahimov vəfat edib.
Axin.Az HİT.Az-a istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Zakir İbrahimov Tovuzda torpağa tapşırılacaq.
Qeyd edək ki, Z.İbrahimov ADAU-nun Meşəçilik kafedrasının müdiri idi.