Bərdədə mağazadan oğurluq edən şəxs tutulub
Bərdə rayonunda mağazada oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 1 500 manat dəyərində danışıq kartı, spirtli içki, meyvə şirəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bəndəliyev saxlanılıb.